V. Eyvazov qeyd edib ki, qanunsuz dövriyyədən 2,5 tona yaxın narkotik vasitə çıxarılıb V. Eyvazov qeyd edib ki, qanunsuz dövriyyədən 2,5 tona yaxın narkotik vasitə çıxarılıb
  • Toplum
  • 24 Sentyabr 2021 20:10
  •  3 120

"8 ay ərzində cinayət hadisələrinin 85,3 faizinin üstü açılıb" - Vilayət Eyvazov

V. Eyvazov qeyd edib ki, qanunsuz dövriyyədən 2,5 tona yaxın narkotik vasitə çıxarılıb

"2021-ci ilin 8 ayı ərzində cinayət hadisələrin 85,3 faizinin üstü açılıb".

Aznews.az xəbər verir ki, bunu daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov bu gün keçirilən kollegiya iclasında deyib.

Nazir qəsdən adam öldürmələrin, adam öldürməyə cəhdlərin, qəsdən sağlamlığa ağır zərər vurmaların, oğurluqların, soyğunçuluqların, quldurluqların, avtonəqliyyat vasitəsini qaçırmaların, qrup halında və odlu silahın tətbiqi ilə törədilən hüquqazidd əməllərin ötən ilin 8 ayı ilə müqayisədə xeyli azaldığını bildirib.

V. Eyvazov qeyd edib ki, qanunsuz dövriyyədən 1 ton çox, yəni 2,5 tona yaxın narkotik vasitə çıxarılıb, bu cinayətlərə görə 3634 nəfər məhkəmə məsuliyyətinə cəlb edilməklə yanaşı başqa müsbət nəticələr əldə edilib.