• Toplum
  • 26 Sentyabr 21:55
  •  3 848

Koronavirusa yoluxmaqdan 100% qoruyan 2 amil AÇIQLANDI

Britaniyalı infeksionistlərin elmi tədqiqatlarının nəticəsinə görə...

Koronavirusa yoluxmadan 100% zəmanətli qorunma üsulu açıqlanıb.

Aznews.az xəbər verir ki, britaniyalı infeksionistlərin elmi tədqiqatlarının nəticəsi The Telegraph nəşrində çap olunub.

Alimlər bildirib ki, virusa yoluxmaqdan 100% qoruyan yalnız 2 amil ola bilər:

1- İnsan artıq bir və ya iki dəfə təbii olaraq xəstəliyə yoluxub və sağalıb

2- İnsan Pfizer və ya Moderna peyvəndindən 2 doza alıb.

Yalnız bu vaksinlər 97% qoruyuculuğa malikdir və daha güclü antitellər yaradır.

Alimlər bu immuniteti hibrid adlandırır.

Məşhur infeksionist Nikolay Malışev bildirib ki, britaniya alimlərinin bu elmi işi 100%lik zəmanət deyil və tam əminlik yaratmır. İstənilən tədqiqat bir neçə dəfə və daha çox sayda insan üzərində təkrar yoxlanmalıdır.

Peyvəndlə 90% zəmanət o halda ola bilər ki, buster doza, yəni insan 2 doza vaksin olandan bir müddət sonra üçüncü dozanı da vurdurub./medicina.az