Nəticələr göstərib ki, Covid keçirmiş şəxslərdə 6 ay ərzində böyrəklərin işində 35% azalma, eləcə də kreatində artma olub Nəticələr göstərib ki, Covid keçirmiş şəxslərdə 6 ay ərzində böyrəklərin işində 35% azalma, eləcə də kreatində artma olub
  • Toplum
  • 27 Sentyabr 2021 21:24
  •  4 817

Koronavirusdan sonra böyrəklər 10 il qocalır – ALİMLƏR

Nəticələr göstərib ki, Covid keçirmiş şəxslərdə 6 ay ərzində böyrəklərin işində 35% azalma, eləcə də kreatində artma olub

Böyrəklər koviddə ən zəif nöqtələrdən biridir və hətta xəstəliyi yüngül keçirənlərdə də sonradan böyrək problemi ola bilər.

Aznews.az xəbər verir ki, alimlər yeni elmi tədqiqatlarında koroanvirus keçirən insanlarda böyrəklərin 1 il ərzində 10 il qocaldığını sübut ediblər.

Virciniyadan Epidemioloji mərkəzin mütəxəssisləri 89 min covid xəstəsinin tibbi məlumatlarını analiz ediblər. Orta yaş həddi 65 idi. Müqayisə üçün onlar 1,6 milyon nəfər son 1 ildə heç kovidə yoluxmamış vətəndaşların tibbi kartlarını götürüblər.

Onlar koviddən sağalanlarda 1 il ərzində böyrəklərin filtrasiya sürətini, kreatinin səviyyəsini yoxlayıblar.

Nəticələr göstərib ki, Covid keçirmiş şəxslərdə 6 ay ərzində böyrəklərin işində 35% azalma, eləcə də kreatində artma var.

Araşdırılan 89 min insanın 30%-də böyrəklər 1 il ərzində öz funksiyasını 25-40% azaltmışdır. 220 nəfərdə isə böyrək çatışmazlığının ilkin terminal vəziyyəti qeydə alınıb.

Ona görə də alimlər koronavirusdan sonra böyrəkləri diqqətdə saxlayıb, fəaliyyətini yoxlatmağı tövsiyə edir.

Böyrəklərdə dəyişiklik ağrı və digər əlamətlər vermir, bu gizli gedir. Kovid xəstələrinin böyrəyi risk altındadır. Bu riski nəzərə alın./medicina.az