- Toplum
- 11 Oktyabr 2021 22:19
- 7 582
Tovuzda yol qəzası
 
            Hərəkətdə olan “Ford Tranzit”lə digər avtomobil toqquşub
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Aznews.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Ford Tranzit”lə digər avtomobil toqquşub.
Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, yaralıların vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır
 
                 
                             
                             
                             
                             
                             
                            