Vətəndaşlar pensiyalarını kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər Vətəndaşlar pensiyalarını kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər
  • Toplum
  • 15 Oktyabr 2021 20:10
  •  5 387

Ölkə üzrə oktyabr ayının pensiyaları tam ödənilib

Vətəndaşlar pensiyalarını kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər

Ölkə üzrə oktyabr ayının pensiyaları tam ödənilərək başa çatdırılıb.

Aznews.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, fond tərəfindən oktyabr ayı üzrə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla bütün pensiyaların ödənişi başa çatdırılıb. Vətəndaşlar pensiyalarını kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.