• Toplum
  • 16 Oktyabr 19:02
  •  2 697

"Azəriqaz" rəhbəri qazın qiymətinin bahalaşma səbəblərini açıqladı

Azərbaycanda təbii qazın qiyməti noyabrın birinə qədər köhnə qiymətlərlə hesablanacaq

Aznews.az xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.

O bildirib ki, oktyabrın sonuna qədər qiymətlər əvvəlki kimi olacaq: "Noyabrın 1-dək abonentlər 1200 kubmetrə qədər istifadə etdiyi qaza görə bir kubmetr üçün 10 qəpik, 1200 kubmetrdən 2500 kubmetrə qədər 20 qəpik ödəyəcək. Noyabrın 1 dən isə 1200 kubmetrə əhali abonenti 1 kubmetr qaza görə 12 qəpik ödəyəcək. 1200 kubmetrdən yuxarı istifadə edənlər üçün isə qiymətlər dəyişməyəcək.

Sənaye və kənd təsərrüfatında isə qazın bir kubmetri 20 qəpikdən 25 qəpiyə qaldırılacaq. "Azəriatiliktəchizat" isə noyabrın 1 -dən qazın bir kubmetrinə görə 13 qəpik deyil, 16.5 qəpik ödəyəcək".

Ruslan Əliyev təbii qazın bahalaşması səbəblərini də açıqlayıb.O bildirib ki, buna səbəb beynəlxaq bazarda qaz və qaz avadanlıqlarının bahalaşmasıdır:

"Bunun səbəbləri isə beynəlxalq bazarda qiymət artımı ilə bağlıdır. Əgər biz bu vaxta qədər qazın topdan satışını 110 manata alırdıqsa, artıq indi bu qiymət 118 manatdır.

Həmçinin, beynəlxalq bazarda qaz qurğularının, avadanlıqların qiymətləri bahalaşıb. On görə də, bu bahalaşma qazın satış qiymətin də təsirsiz ötüşməyib".