FHN məlumat yayıb FHN məlumat yayıb
  • Toplum
  • 21 Oktyabr 2021 09:29
  •  2 448

Suraxanıda birmərtəbəli evdə yanğın olub

FHN məlumat yayıb

Bakının Suraxanı rayonunda ümumi sahəsi 30 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və dam örtüyü 20 m² sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.