- Toplum
- 22 Oktyabr 2021 22:30
- 7 225
Baş Prokurorluq: “Bakıda idmançının zalda ölümü ilə bağlı araşdırma aparılır”

Bakıda məşq edən idmançı idman zalında ölüb
Bakıda idman zalında məşq edən idmançının ölümü ilə bağlı araşdırmalara başlanılıb.
Bu barədə Aznews.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, 1991-ci il təvəllüdlü Teymur Məmmədrzayevin Səbail rayonu ərazisində yerləşən idman zalında ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.