- Toplum
- 2 Noyabr 2021 17:18
- 8 178
Amnistiya Aktının tətbiqi müddəti açıqlanıb

8 Noyabr - Zəfər Günü münasibətilə qəbul olunacaq Amnistiya Aktının tətbiqi müddəti açıqlanıb
Bu, Prezident İlham Əliyevin imzası ilə parlamentə daxil olan “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin qərar layihəsində əksini tapıb.
Layihədə qeyd olunub ki, aidiyyəti orqanlar qərar qüvvəyə mindiyi gündən 4 ay müddətində amnistiyanın tətbiqini təmin etməlidir.