Prezidentin köməkçisi Şahmar Mövsümov bu məsələyə aydınlıq gətirib Prezidentin köməkçisi Şahmar Mövsümov bu məsələyə aydınlıq gətirib
  • Toplum
  • 4 Noyabr 2021 19:15
  •  4 512

5 yaşa qədər uşaqlara COVID-19 əleyhinə vaksin vurula bilərmi?

Prezidentin köməkçisi Şahmar Mövsümov bu məsələyə aydınlıq gətirib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Azərbaycanda 5 yaşa qədər uşaqlara COVID-19 əleyhinə vaksin vurulub-vurulmayacağı ilə bağlı məsələnin gündəmdə olub-olmamasına aydınlıq gətirib.

Aznews.az xəbər verir ki, o, açıqlamasında bildirib ki, bununla bağlı tövsiyə yoxdur: “Tövsiyə var ki, uşaqlarda hər hansı xəstəlik varsa, risk qrupuna aiddirsə, onda həkimlərin məsləhəti ilə 12 yaşına qədər olan uşaqlara vaksin vurula bilər. Ümumilikdə uşaqlara COVID-19 əleyhinə vaksin vurulması nəzərdə tutulmayıb”.

Qeyd edək ki, ABŞ-da 5 yaşına qədər uşaqlara vaksin vurulması tövsiyə edilir.