Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər müzakirə edilib Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər müzakirə edilib
  • Toplum
  • 24 Noyabr 2021 20:04
  •  3 520

DİN-in nümayəndə heyəti INTERPOL-un Baş Assambleyasının sessiyasında

Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər müzakirə edilib

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) nümayəndə heyəti Beynəlxalq Kriminal Polis Təşkilatı - INTERPOL-un Baş Assambleyasının sessiyasında iştirak edir.

Aznews.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən bildirilib ki, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimovun rəhbərliyi ilə INTERPOL-un Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Əlaslan Ağayev, Büronun şöbə rəisinin müavini, polis polkovniki Hamlet Babayev və DİN-in Türkiyədəki nümayəndəsi, polis polkovniki Elşad Süleymanovdan ibarət nümayəndə heyəti INTERPOL-un Baş Assambleyasının noyabrın 23-dən 25-dək İstanbulda keçirilən 89-cu sessiyasında iştirak edirlər.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyənin daxili işlər naziri Süleyman Soylu ilə görüşü olub.

S.Əzimov Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun səmimi salamlarını Türkiyənin daxili işlər naziri Süleyman Soyluya çatdırıb.

Görüşdə qeyd olunub ki, bu gün iki qardaş ölkə arasındakı səmimi dostluq və qardaşlıq münasibətləri Daxili İşlər nazirliklərinin qarşılıqlı fəaliyyətinə çox müsbət zəmin yaradıb.

S.Soylu da onun səmimi salamlarını nazir Vilayət Eyvazova çatdırmağı xahiş edib.

Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər müzakirə edilib.