Səhiyyə Nazirliyi məlumat yayıb Səhiyyə Nazirliyi məlumat yayıb
  • Toplum
  • 27 Noyabr 2021 11:29
  •  3 985

Bu günə qədər 30 minə yaxın şəxsə əks-göstəriş sertifikatı verilib

Səhiyyə Nazirliyi məlumat yayıb

Səhiyyə Nazirliyi bu günə qədər koronavirus əleyhinə vaksinasiyaya qarşı əks-göstəriş sertifikatı alan şəxslərin sayını açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, bu günə qədər ümumilikdə 30 minə yaxın şəxsin əks-göstəriş sertifikatı ilə bağlı müraciətinə müsbət cavab verilib.

Qeyd olunub ki, həmin vətəndaşlar müvafiq sertifikatla təmin olunub.