Həkim-farmakoloq aydınlıq gətirib Həkim-farmakoloq aydınlıq gətirib
  • Toplum
  • 30 Noyabr 2021 23:59
  •  5 409

Dərmanların təsiri niyə azalıb? - Mütəxəssisdən cavab

Həkim-farmakoloq aydınlıq gətirib

Son illərdə dərmanlar haqqında bir fikirlə tez-tez ratlaşırıq. “Əvvəl keyfiyyəti daha yaxşı idi indi isə təsiri azalıb”.

Bəzən özümüz də bunun şahidi oluruq, amma bunun əsl səbəbini anlamırıq. Doğurdanmı, dərmanların tərkibi dəyişdirilir, keyfiyyəti aşağı salınır? Dərmanların təsiri hansı səbəblərdən azalıb?

Həkim-farmakoloq, Uluslararası Complete-Pharma Europe əczaçılıq şirkətinin export departamentinin direktoru Müşfiq Hüseynov Bizimyol.info-nun sualalrını cavablandıran zaman bildirib ki, bu gün dərman bazarında olan keyfiyyətsiz məhsulların çoxluğunu və əhalinin keyfiyyət barədə narazılığının ən böyük səbəblərindən biri 2-3 il əvvəl Tarif Şurası tərəfindən dərmanlara tətbiq olunan vahid qiymət metodundan asılıdır.

“O zaman nəzərə almadılar ki, bu dərman Avropada, Çin, Hindistan, Türkiyə və ya Rusiyada istehsal olunur. Orta rəqəm götürdülər. Məsələn, Türkiyə, yaxın Avropa, keçmiş Sovet lageri olan ölkələr və Kitay arasında yuvarlaq bir rəqəm götürdülər. Bunun nəticəsində ilk növbədə dünyanın sayılan əczaçılıq şirkətləri Azərbaycanı tərk etdilər. Çünki bu qiymətlərlə mal gətirmək, ofis, nümayəndəlik saxlamaq, marketinq işi görmək mümkün olmadı. Bu gün o şirkətlərin hamısı Azərbaycanla Gürcüstan üzərindən işləyirlər. Yəni, nümayəndəlik olaraq, Gürcüstanı təyin ediblər.

Bu gün bazarın tələbatı çoxdur, çatmır və bu tələbat ödənməlidir. Bu zaman isə bazarda tələb və təklif variantı üzə çıxır. Bazar nə hökumətə, nə də hansısa qərara uymur. Bazarın öz qanunları var və bunlardan birincisi odur ki, tələb varsa, mütləq təklif ortaya çıxır. Məsələn, dünya devi bir şirkətin Azərbaycanda çox tələb olunan hər hansı dərmanı və ya tibbi vasitəsi əgər bazarda yoxdursa, amma ona tələb varsa, onun mütləq oxşarını tapırlar. Amerikada istehsal olunnan dərman tərkibinin oxşarını ola bilər Argentina, Braziliya, Peru, Meksika və s. ökələrdan tapırlar. Onu gətirib Azərbaycanda qeydiyyatdan keçirirlər. Bu da təxminən “Tesla”nın elektomobil variantının Çində və ya Belarusda istehsal olunmuş variantı kimi bir şey olur.

Burada təbbii ki, eyni keyfiyyətdən söhbət gedə bilməz. Çünki bunun bir neçə səbəbi var. Birincisi, texnologiya fərqi var. Əczaçılıq bazarına nəzarət edən böyük dev şirkətlər 3 ildən bir, üstünlük sertifikatı verilən zaman onlar öz texnoloji maşınlarının hamısını dəyişirlər və müasir şəraitə uyğunlaşdırırlar. Digər şirkətlər isə bunu etmirlər. Birmənalı olaraq istehsal şəraitinə görə fərq seçilir”.

Həkim qeyd edib ki, digər bir səbəb isə istənilən dərmanın orqanizmdə toplanmaq xüsusiyyətinin olmasıdır. “Toplandıqca bədən ona öyrəşir və insanın dərmana qarşı müqaviməti yaranır. Bu təzyiq, şəkər və s dərmanlara aiddir. Fikir versəniz, görərsiniz ki, xroniki xəstələr olan şəxslərin dərmanlarını zaman-zaman dəyişirlər. Çünki orqanizm eyni dərmana öyrəşməyə və onun reaksiyasını neytrallaşdırmağa başlayır.

Ekologiya, hava, yediyimiz qidalar, stress faktorları da birbaşa əlaqəli səbəbdir. Soruşa bilərsiniz ki, bunun nə əlaqəsi var? Əvvəl baş ağrımı kəsən dərman bu gün kəsmirsə, ekologiya ilə necə əlaqəsi ola bilər? Çox maraqlı bir izahı var. Deməli, bu sadaladığım səbəblər də bütün damarlardan tutmuş, hüceyrələrin nüvəsinə qədər hamısına təris göstərir. Təsir göstərdiyi zaman isə onların keçiriciliyini azaldır. Buna yaş faktoru da aiddir. Məsələn, insan cavan olduğu zaman bir tablet vitamin C ilə qripdən sağalırsa, yaşlı vaxtında 5-6 tabletdən sonra sağalar. Çünki yaşlandıqca hüceyrələrin keçiricilik qabiliyyəti aşağı düşür.

Dərmanların hər biri kimyəvi elementdir. Kimyəvi elementin özünün də molekulları var. Molekullar xəstə nahiyyəyə (məsələn, baş, qaraciyər və yaxud qandakı xolesterin ola bilər) keçməlidir ki, təsir etsin. Keçməsi üçün isə qandan, qara ciyərdən keçdikdən sonra parçalanır və atom parçaları şəklində həmin nahiyyəyə gedir. İndiki dərmanların keyfiyyəti və tərkibindən asılı olaraq, harda istehsal olunmasından asılı olmayaraq maksimum 10,15 və maksimum 30 faiz keçə bilir. Bu vitaminlərə, amin turşularına və s. dərman vasitələrinə aiddir.

Stress faktoru çoxaldıqca, ekologiya pozulduqca, yediyimiz qidaların keyfiyyəti azaldıqca bu daralmalar artıq erkən yaşda başlayır. Çox qısa zaman kəsiyində hərkəs bunun şahidi olacaq. Dərmanlar keyfiyyətsiz görünməsi əslində orqanizmdə onun mənimsənilməsi faktorundan irəli gəlir.

Bütün dev şirkətlər, eləcə də başda “Pfizer” olmaqla bu ildən nanotexnologiyaya keçəcəklər. Bu bölüm sayəsində artıq qəbul olunan reagentlər, kimyəvi birləşmələr, qida vasitələri qaraciyərdən yan keçməklə birbaşa hüceyrələrə daşınacaq. Hardasa 10 il sonra isə tamamilə yeni bir textologiya tətbiq olunacaq. O zaman artıq dərman vasitələri lazım olan nahiyyəyə mikrorobotlarla aparılacaq”.

Həkim sonda qeyd edib ki, dərman vasitələrinin təsirinin azalmasının ən böyük səbəblərdən biri isə yalnış müalicə metodu və dərman tətbiqidir.

“Rəsmi statistikaya görə, il ərzində 100 milyona yaxın insan yalnız müalicə tətbiqinin qurbanı olub. Bu da insanlarda psixoloji diskomfort narahatedici faktor kimi qəbul olunur. Unutmayaq ki, inam müalicənin yarısıdır. İnsan içdiyi dərmana və həkimə inanmırsa, bu da psixoloji faktor olaraq mənfi təsir göstərir. Nəticədə işin ümumi gedişinə mane olur”.

Aznews.az