Reytinq cədvəlində Xəzər universiteti Azərbaycan universitetləri arasında 1-ci yeri tutub Reytinq cədvəlində Xəzər universiteti Azərbaycan universitetləri arasında 1-ci yeri tutub
  • Toplum
  • 16 Dekabr 2021 15:44
  •  4 982

QS Reytinq Agentliyinin 2021-ci il üçün Mərkəzi Asiya regionu üzrə cədvəli açıqlanıb

Reytinq cədvəlində Xəzər universiteti Azərbaycan universitetləri arasında 1-ci yeri tutub

Dekabr ayının 15-də QS Reytinq Agentliyinin 2021-ci il üçün “İnkişaf etməkdə olan Şərqi Avropa və Mərkəzi Asiya” regionu üzrə reytinq cədvəli açıqlanıb.

AzNews.az xəbər verir ki, Xəzər Universiteti regionun ən yaxşı ali məktəbləri siyahısında 210-220 aralıqda qərarlaşıb.

Reytinq cədvəlində Xəzər universiteti Azərbaycan universitetləri arasında 1-ci yeri tutub.

Xəzər Universiteti ötən ilki nəticə ilə müqayisədə 30 pillə irəliləyərək regionun ən yaxşı universitetləri arasında öz mövqeyini bir qədər də möhkəmləndirdi.

Xəzər Universiteti elmi məqalələrdən sitat gətirmə göstəricisi üzrə regionda 9-cu yeri tutaraq, beynəlxalq səviyyədə tanınmış tədqiqatların aparılmasında yüksək potensialını bir daha təsdiqləyib.