Yaxşı ventilyasiya və dezinfeksiyaedici vasitələrdən istifadə yoluxmadan qorunmaqda kömək edir Yaxşı ventilyasiya və dezinfeksiyaedici vasitələrdən istifadə yoluxmadan qorunmaqda kömək edir
  • Toplum
  • 17 Yanvar 2022 18:13
  •  4 165

“Omikron” ştamı keramik səthlərdə daha tez məhv olur

Yaxşı ventilyasiya və dezinfeksiyaedici vasitələrdən istifadə yoluxmadan qorunmaqda kömək edir

“Vektor” elmi mərkəzin ekspertləri “omikron” ştamının müxtəlif səthlər üzərində həyati qabiliyyətinin qüvvədəqalma müddətini müəyyən ediblər.

Aznews.az Rusiya KİV-inə istinadla xəbər verir ki, bu sualın cavabını tapmaq üçün ekspertlər bir sıra eksperiment aparıblar. Metal, plastik və keramik səthlər qiymətləndirilib. Eksperimentlər zamanı havanın nisbi rütubəti 30-40 faiz, havanın temperaturu 26-28 dərəcə təşkil edirdi. Virus daha tez məhz keramik səthdə məhv olurdu, bunun üçün ona 24 saatdan az müddət tələb olunurdu.

Ümumilikdə, “Vektor”un ekspertləri “omikron”un hər hansı bir səthlərdə digər ştamlardan, məsələn “delta”dan, daha çox sağ qaldığını aşkar edə bilməyiblər. Bu mənada o koronavirusun əvvəlki versiyalarından çox az fərqlənir, ona görə də səthlərin dezinfeksiyası üçün əvvəlki preparatlardan istifadə etmək olar. Bu mənada insanların olduğu yerlərin havalandırılması və ya yaxşı ventilyasiyası xüsusilə səmərəlidir.

Məsələn, təyyarədə sahə çox kiçik, insanlar isə həddindən artıq çoxdur. Lakin çoxsaylı eksperimentlər göstərib ki, təyyarənin salonunda intensiv ventilyasiya aparılırsa, bir-biriləri ilə hətta bir oturacaq məsafədə yerləşən sərnişinlər arasında virusun yayılma ehtimalı dəfələrlə azalır. Bu, bir çox digər yerlərə də aiddir. Yaxşı ventilyasiya və dezinfeksiyaedici vasitələrdən istifadə yoluxmadan qorunmaqda kömək edir.