Dənizdə dalğanın hündürlüyü 2.4 metrə çatıb Dənizdə dalğanın hündürlüyü 2.4 metrə çatıb
  • Toplum
  • 18 Yanvar 2022 22:17
  •  4 962

Cənub-qərb küləyi güclənib - FAKTİKİ HAVA

Dənizdə dalğanın hündürlüyü 2.4 metrə çatıb

Yanvarın 18-i saat 19:00-a olan məlumata əsasən gündüz saatlarından başlayaraq cənub-qərb küləyi güclənib.

Aznews.az xəbər verir ki, ETSN-in Milli Hidrimetetorologiya Xidmətindən bildirilib ki, küləyin maksimal sürəti rayonlarda 22 m/s, Abşeron yarımadasında 22 m/s, Abşeron-Dəniz rayonunda 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.4 metrə çatıb.

Qeyd edilib ki, Abşeron yarımadasında adətən güclənən cənub küləyi şimal küləyi ilə müqayisədə daha çox səsli-küylü olur.