Ölən var Ölən var
  • Toplum
  • 23 Yanvar 2022 15:26
  •  4 391

Gəncədə ata və qızı dəm qazından zəhərlənib

Ölən var

Gəncə şəhərində dəm qazından zəhərlənmə hadisəsi olub.

Aznews.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində yerləşən mənzillərin birində qeydə alınıb.

Orada yaşayan 1989-cu il təvəllüdlü Atamov Ruslan Rəşid oğlu və onun qızı, 2018-ci il təvəllüdlü Atamova Fatimə Ruslan qızı dəm qazından zəhərlənib.

Onlardan körpə xəstəxanaya yerləşdirilib, R.Atamov isə dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.