Bu, sakinlərin müvafiq sənədləri daha rahat əldə etmələrinə imkan yaradıb Bu, sakinlərin müvafiq sənədləri daha rahat əldə etmələrinə imkan yaradıb
  • Toplum
  • 26 Yanvar 2022 18:58
  •  3 756

Məcburi köçkünlərə aid 700 minə yaxın vətəndaşlıq vəziyyəti aktı bərpa olunub

Bu, sakinlərin müvafiq sənədləri daha rahat əldə etmələrinə imkan yaradıb

Əvvəllər işğal olunmuş rayonların əhalisinə aid 700 minə yaxın vətəndaşlıq vəziyyəti akt qeydi bərpa olunub.

Aznews.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov deyib.

Onun sözlərinə görə, həmin sənədlərin azad edilmiş ərazilərin qeydiyyat qurumlarının istifadəsinə verilməsi onların sakinlərinin müvafiq sənədləri daha rahat əldə etmələrinə imkan yaradıb.