- Toplum
- 18 Aprel 2022 18:33
- 5 799
Masallıda azyaşlıya təcavüz faktı təsdiqini tapmayıb - DİN
Cinayət əməlinin törədilməsini təsdiq edən xüsusatlar müəyyən edilməyib
Masallıda azyaşlının zorlanması faktı öz təsdiqini tapmayıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev Aznews.az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən məsələ ilə bağlı fevral ayının 5-də azyaşlı qızın anası, Masallı rayonunun Ərəb kəndinin sakini Ə.D. Masallı rayon Polis Şöbəsinə müraciət edib:
"Dərhal müvafiq araşdırmalara başlanılıb. Təyin olunmuş məhkəmə-tibb, məhkəmə-psixoloji ekspertizaların rəyi, aparılan araşdırmanın nəticəsində fakt təsdiqini tapmayıb və cinayət əməlinin törədilməsini təsdiq edən xüsusatlar müəyyən edilməyib. Bundan başqa, qonşuluqda yaşayan tərəflər arasında gələcəkdə baş verə biləcək hər hansı bir qanunazidd hərəkətlərin qarşısının alınması məqsədilə həmin şəxslər münaqişəli ailə kimi qeydiyyata götürülüb".