- Toplum
- 8 İyun 2022 16:47
- 5 658
Bu çimərliklərdə külli miqdarda bakteriya aşkarlanıb - SİYAHI
"Nəticələr barədə aidiyyəti qurumlara məlumatlar veriləcək"
Vətəndaşlar Xəzər, Sabunçu və Binəqədi rayonları ərazisindəki çimərliklərdən istifadə edə bilərlər.
Bu barədə Səhiyyə Nazirliyinin Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov məlumat verib.
Onun sözlərinə görə, nəticələrə əsasən, Sahil, Şıx, Hövsan və Türkan çimərliyində çimmək məqsədə uyğun sayılmır: “Çünki bu ərazilərdə külli miqdarda bakteriya aşkarlanıb. Nəticələr barədə aidiyyəti qurumlara məlumatlar veriləcək". (report)