Dırnaq yeyən uşağın əsas problemləri nə ola bilər? Dırnaq yeyən uşağın əsas problemləri nə ola bilər?
  • Toplum
  • 5 İyul 2022 20:00
  •  3 588

Uşaqlar niyə dırnaq yeyir? - SƏBƏB

Dırnaq yeyən uşağın əsas problemləri nə ola bilər?

Dırnaq yemə inadkar problemdir və müalicəsi çətindir.

Səbəbi daha çox narahatlıq, stress, ailə daxilində gərginlik, valideyn davranışları, uşağın böyümə tərzi ilə əlaqədardır.

Aznews.az xəbər verir ki, psixiatr Nurəddin Kargı, bu zaman valideynlərin ən çox etdiyi səhvin uşağa hirslənmək olduğunu qeyd edib:

"Uşağa əsəbləşən zaman o, bu hərəkəti etməyə davam edir. Hətta daha çox inadkar davranaraq təkrarlayacaq. Bu səbəbdən övladlarınız dırnaq yediyi zaman "dırnağını yemə" deyə hirslənməyin".

Dırnaq yemə vərdişində ailə faktoru çox mühüm rol oynayır. Mütəxəssis, bunun adətən uşaq yaşlarında meydana çıxdığını bildirib.

Bəs dırnaq yeyən uşağın əsas problemləri nə ola bilər?

Həkimin sözlərinə görə, bu mübahisəli məsələdir. Araşdırılmalı və danışılmalıdır. Kargı, belə zamanlarda "etmə", "əl çək" kimi sözlərin uşaqlara mənfi təsir edəcəyini deyərək valideynlərə tövsiyələr verib:

"Belə davranışlardan uzaq durun. Əvəzinə onları rahatlaşdıracaq sözlərdən üsullardan istifadə edin".

Psixiatr bu xəstəliyin çətin olsa da mümkün olduğunu vurğulayıb./İmmunitet.az