• Toplum
  • 14 Avqust 17:45
  •  2 155

Daha 518 nəfər koronavirusa yoluxub

457 nəfər müalicə olunaraq sağalıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 518 yeni yoluxma faktı qeydə alınıb, 457 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 805 103 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 792 113 nəfər müalicə olunaraq sağalıb, 9 773 nəfər vəfat edib, aktiv xəstə sayı 3 217 nəfərdir.

Ölkədə son sutka ərzində 3 553, hazırkı dövrədək isə 7 095 152 test aparılıb.