Allah rəhmət eləsin! Allah rəhmət eləsin!
  • Toplum
  • 30 Sentyabr 2022 11:29
  •  3 424

TƏBİB Rəhimli Rəhimlinin ölüm səbəbini açıqlayıb

Allah rəhmət eləsin!

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) müğənni Rəhimli Rəhimlinin ölüm səbəbini açıqlayıb.

Azərbaycanlı müğənni, bəstəkar Rəhim Rəhimlinin halının qəflətən pisləşməsi səbəbindən 30.09.2022-ci il tarixində saat 01:30 radələrində TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çarığış daxil olub.

Həkim briqadası tərəfindən ifaçıya zəruri tibbi yardımlar göstərilsə də, R.Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından vəfat edib.

Qeyd edək ki, ifaçının yanaşı ağır xəstəlikləri - qaraciyər sirrozu və kardiomiopatiyası da olub.

Allah rəhmət eləsin!