• Toplum
  • 30 Noyabr 2022 14:38
  •  5 762

Vətənpərvərlik və Milli dəyərlər mövzusunda seminar sessiyaları keçirilib

Aznews.az xəbər verir ki,Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclər Təşkilatları Milli Şurasının həyata keçirdiyi “Gənclər Təşkilatlarının Fəaliyyətinin Dəstəklənməsi” Proqramı – 2.0 çərçivəsində “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi (ADTGT) tərəfindən 2022-ci il 15 oktyabr-15 dekabr tarixlərində icra olunan “Gənclər üçün Vətənpərvərlik və Milli dəyərlər” layihəsinə uyğun müxtəlif ali məktəblərdə seminar sessiyalarına başlanmışdır.

Ali məktəblərdə tələbələr arasında Vətənpərvərlik, Milli dəyərlər və fəal vətəndaşlığı təbliğ etmək, gənclərimizin bu istiqamətdə bilik, bacarıq və potensialının yüksəldilməsi məqsədilə həyata keçirilən layihənin icra planına uyğun maarifləndirici tədbirlər Bakı şəhərində 6 ali məktəbdə 200 nəfərə yaxın tələbənin iştirakını nəzərdə tuturdu.
Cari ilin noyabr ayında Azərbaycan-Fransız Universiteti (UFAZ), Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Bakı Avrasiya Universitetində keçirilən seminarlarda təşkilatçılar, proqram və layihə haqqında məlumatlar verildikdən sonra layihənin təlimçisi, gənclər işi və siyasəti üzrə ekspert, ADTGT İctimai Birliyinin sədri Asif Əsgərlinin xüsusi slaydlı təqdimatları ilə mövzu üzrə seminarlar keçirildi.
Təlimçi-ekspert tərəfindən tələbələrə Vətənpərvərlik, Hərbi vətənpərvərlik, Milli dəyərlər, onların gənclər arasında təbliğinə və eləcədə fəal vətəndaşlıq mövqeyinin formalaşmasına dair geniş, əhatəli bilik və məlumatlar verilmiş, gəncləri maraqlandıran suallar cavablandırılmış, qarşılıqlı fikir mübadiləsi və müzakirələr aparılmışdır.
Sonra tələbələrə “Milli dəyərlər haqqında nələri bilirik?” adlı maarifləndirici vəsait olan kitabça paylanmış və onlar sosial və fərdi inkişaf istiqamətində gələcək fəaliyyətlərə dəvət olunmuşlar.
Seminar sessiyası daha 2 ali məktəbdə davam etdiriləcək və gələcəkdə bu maarifləndirici fəaliyyətlərin ölkənin müxtəlif bölgələrində yerləşən ali və orta-ixtisas məktəblərində təşkili də nəzərdə tutulur.

image description image description image description