• Toplum
  • 8 Dekabr 2022 17:29
  •  8 478

Qripə qarşı qoruyucu qalxan yaradan QİDALAR

Qış aylarıında qripə qarşı müdafiə qalxanı yaratmaq üçün yeyilən qidalara diqqət yetirmək vacibdir.

Aznews.az xəbər verir ki, qrip xüsusilə qış aylarında çox tez-tez rast gəlinən, körpələrdə, yaşlılarda və immun sistemi zəif olanlarda müşahidə edilən, viral yolla yoluxan, yoluxucu bir virus xəstəliyidir. Qripin 3 növü var ki, bunlar A, B və C adlı viruslardır. Bunlardan daha təsirli olanlar A və B tipləridir.
Qrip ən çox yayılmış epidemiya xəstəlikləri arasında birinci yerdədir.

Bədənimiz qışda soyuq havaya uyğunlaşmaq üçün daha çox enerji sərf edir. Sağlam qidalanmayan insanlarda orqanizmin müqaviməti azalır və onlar xəstəliklərə qarşı həssas olur. Bəzi qida məhsulları orqanizmin müqavimətini yüksəltmək və virusa qarşı müdafiə qalxanı yaratmaq baxımından əhəmiyyətlidir.

Məsələn, bir çox faydaları və güclü antioksidantları olan yaşıl çay...O, həm də təbii antiviral və immun gücləndirici kimi tanınır.

Digər təbii antibiotik soğan və sarımsaqdır. Tərkibindəki birləşmələr sayəsində immunitet sistemini gücləndirən soğan və sarımsaq yeməklərə və salatlara əlavə edilməlidir. Digər tərəfdən saplağı ilə birgə yeyilməsi zəruri olan 5-10 budaq cəfəridir ki, bu da insanın gündəlik C vitamini ehtiyacının üçdə birini, beta-karotin ehtiyacının isə yüzdə 10-unu qarşılayır.

Araşdırmalar balığın da qripə qarşı təsirli bir müdafiə olduğunu sübut edib. İmmun sisteminini gücləndirən xüsusiyyətlərə malik omeqa 3 yağ turşuları və zəngin tərkibli balıqlar həftədə 2-3 dəfə qəbul edilməlidir. Balıqdan əlavə, fındıq, qoz, badam kimi çərəzlər də yeyilməlidir. Orqanizmin müqavimətini artırmaq üçün bunlar vacibdir. E vitamininin ən güclü deposu olan qoz-fındıq-badam üçlüyünün müntəzəm istifadəsi immunitet sistemini gücləndirir.

Zəncəfilin saysız faydaları bir çox elmi araşdırmalarla sübut edilmişdir. Onun faydalarından biri də immunitet sistemini gücləndirməsidir.

Nar da qriplə mübarizədə son dərəcə əhəmiyyətli rol oynayır. Nar həm də qabığına yaxın olan ağ hissələri ilə birlikdə yeyilməlidir. Narın tərkibindəki polifenol birləşmələr və narın qırmızı rəngini verən antosiyaninlər antioksidant qabiliyyəti ilə immunitet sistemini gücləndirmə xüsusiyyətinə malikdir. Həmçinin kivi tam vitamin və mineral qaynağıdır.

Nuray

AzNews.az