• Toplum
  • 25 Fevral 20:45
  •  3 349

Bakıda bəzi marşrut avtobuslarının hərəkəti dəyişəcək

Xocalı soyqırımının ildönümü ilə əlaqədar müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.

Aznews.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbərinə görə, Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar fevralın 26-da Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində avtomobillərin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 1, 2, 4, 10, 21, 30, 32, 46, 49, 175, E1 və M3 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.