• Toplum
  • 17 Aprel 12:09
  •  1 995

Azərbaycanda süni torpaq sahələrinin yaradılması ilə bağlı qanunun məqsədləri açıqlanıb

Xəzər dənizinin Azərbaycan hissəsində mülkiyyət məsələlərinin, tikinti-quraşdırma işlərinin tənzimləmələrinə ehtiyac üçün "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsi hazırlanıb.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Şəhərsalma və Aritektura Komitəsi aparatının Rəşad İsmayılov sənədin müzakirəsi zamanı bildirib.

"Bu qanun dənizin Azərbaycan hissəsində yaradılacaq süni torpaq sahələrinin kimə aid olması ilə bağlı məsələni həll edəcək. Azərbaycanda Xəzər dənizində tikinti təcrübəsi var. SSRİ dövründə estekadalar Neft daşları qəsəbəsi yaradılıb", - deyə o qeyd edib.