- Toplum
- 25 May 19:00
- 3 488
Əfv sərəncamı 154 nəfərə şamil edilib
![](https://www.aznews.az/storage/2024/05/25/6651fc9aa7c976651fc9aa7c9a1716649114c349430e14c29f6a4b5db183680d4bc4.jpg)
Bu gün Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı 154 nəfərə şamil edilib.
Aznews.az xəbər verir ki, 63 nəfər azadlıqdan məhrum etmə cəzasından azad edilib, 52 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, 1 nəfər təxirə salınmış cəzadan azad edilib, 28 nəfər elektron qolbaqdan azad edilib, 3 nəfərin də elektron qolbaq cəzası yarıya salınıb.
İslah işlərinə məhkum edilmiş 2 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Cərimə cəzasına məhkum edilmiş 4 nəfər cəzadan azad olunub, 1 nəfərin isə məhkumluğu üzərindən götürülüb.