- Toplum
- 24 İyul 14:40
- 2 701
Tələbələr üçün Prezident təqaüdünün məbləği artırılıb

Ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği artırılıb.
Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmanla həmin məbləğ sentyabrın 1-dən 350 manat müəyyən edilib.
Qeyd edək ki, bundan əvvəl Prezident təqaüdünün məbləği 275 manat təşkil edib.
AzNews.az