- Toplum
- 15:12
- 1 292
MÜTDA MİQ-in vakansiya seçimi ilə bağlı etirazlara cavab verib

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Müəllimlərin İşə Qəbulu üzrə vakansiya seçimi ilə bağlı etirazlara cavab verib.
Agentlikdən bildirilib ki, son illər keçirilmiş müsabiqələrin nəticəsində işə qəbul edilmiş və təhsilverənlərin sertifikatlaşdırma prosesini uğurla tamamlamış müəllimlərin orta dərs yükü əhəmiyyətli şəkildə artmış, təhsilalanların keyfiyyətli təhsilə çıxış imkanı genişləndirilib.
"Prosesin davamı olaraq bu il keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə çıxarılan yerlər detallı təhlil edilərək müəllimlərin işə qəbul, sertifikatlaşdırma və diaqnostik qiymətləndirmə nəticələri, mövcud müəllimlərin orta dərs yükü, mövcud müəssisələrdəki müəllimlər sıxlığı nəzərə alınıb. Nəticədə bu il müəllimlərin işə qəbulu üzrə müsabiqənin ilkin vakansiya seçimi mərhələsinə 7000-ə yaxın vakant yer çıxarılıb. Bununla yanaşı nəzərinizə çatdırırıq ki, ənənəvi olaraq bu mərhələdə tutulmayan, həmçinin yaranan yeni vakant yerlər ilboyu elan ediləcəkdir", - Agentlikdən vurğulanıb
Qeyd edək ki, 6 avqust tarixindən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə başlanılıb. Namizədlər 11 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.
Xatırladaq ki, vakansiya seçimi başlyandan sonra sosial şəbəkələrdə MİQ üzrə vakant yerlərin gizlədilməsi ilə bağlı iddialar səsləndirilib.
AzNews.az