- Toplum
- 13:16
- 761
Bayram günlərində ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb
Bayram günlərində ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Bayram günlərində Bakıda və Abşeron yarımadasında gözlənilən hava proqnozu
Aznews.az xəbər verir ki, noyabrın 8-9-10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi arabir şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu
Havanın temperaturu gecə 10-14, gündüz 17-20 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında gözlənilən hava proqnozu
Azərbaycanın rayonlarında noyabrın 8-9-10-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı və arabir duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu
Havanın temperaturu gecə 8-13, gündüz 19-24, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti təşkil edəcək.