Dünyada və regionda baş verən proseslər narahatlıq doğurur - Kamran Əliyev

Dünyada və regionda baş verən proseslər narahatlıq doğurur.

Aznews.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Baş Prokurorluqda baş tutan tədbirdə deyib.

Onun sözlərinə görə, belə bir çətin şəraitdə dövləti qorumaq, onun təhlükəsizliyini təmin etmək sadə məsələ deyil:

"Mən Çində Beynəlxalq Prokurorlar Assosiasiyasında iştirak üçün səfərdə oldum. Orada müxtəlif ölkələrdən olan baş prokurorlar bizə təşəkkür edirdilər. Buna səbəb həmin ölkələrin vətəndaşlarının İrandan təhlükəsizlik şəkildə təxliyə edilməsi idi. Həmçinin, onlar Azərbaycan hava məkanından təhlükəsiz şəkildə istifadə etdiklərinə görə minnətdarlıqlarını bildirdilər. Təbii ki, bu təhlükəsizliyə görə bizim ölkə rəhbərliyi çoxsaylı işlər görür".

Aznews.az