- Toplum
- 15:16
- 1 128
Keçən il mediatorlar tərəfindən 8133 barışıq sazişi imzalanıb
Azərbaycanda hazırda Mediasiya Şurasının reyestrinə daxil edilən 72 mediasiya təşkilatı fəaliyyət göstərir, 396 (255 kişi, 141 qadın) mediator peşəkar fəaliyyətlə məşğuldur.
AzNews.az xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatı”nda əksini tapıb.
2025-ci il ərzində mediasiya təşkilatlarına ümumilikdə 49532 müraciət daxil olub. Daxil olan müraciətlərdən 44451 müraciət ailə mübahisələri, 4136 müraciət əmək mübahisələri, 157 müraciət kommersiya mübahisələri, 781 müraciət isə mülki mübahisələr üzrədir.
2025-ci ildə mediatorlar tərəfindən ümumilikdə 8133 barışıq sazişi imzalanıb. Əldə edilən barışıqlardan 7394-2 ailə, 434-ü əmək, 42-i kommersiya, 257-si mülki mübahisələr üzrə müraciətlər üzrədir.
2025-ci il ərzində məhkəmələrdə ailə mübahisələri ilə bağlı mülki işlərin sayı 46219 olub.