- Dünyanın halı
- 20 Oktyabr 2018 20:27
- 1 008
Kabildə seçki günü 3 partlayış: 15 ölü, 110 yaralı - YENİLƏNİB
Partlayışlar seçki məntəqələrinin yaxınlığında baş verib
Əfqanıstanın paytaxtı Kabildə parlament seçkiləri günü silsilə partlayışlar olub.
Ölkənin DİN nümayəndəsi şəhərin müxtəlif rayonlarında üç partlayışın olduğunu bildirib. Onun sözlərinə görə, partlayışlar seçki məntəqələrinin yaxınlığında baş verib.
İtaliyanın “Emergency” qeyri-hökumət təşkilatı Kabuldakı partlayışla bağlı məlumat yayıb. Bildirilir ki, cərrahiyyə mərkəzinə 30 yaralı, o cümlədən uşaq gətirilib. Azyaşlı daha sonra dünyasını dəyişib.
***
Əfqanıstanda terrorçu kamikadzenin törətdiyi partlayış nəticəsində ölənlərin sayı 15, yaralıların sayı isə 110 nəfər olub. (Qafqazinfo)