- Dünyanın halı
- 1 Noyabr 2018 10:45
- 2 543
Türkmənistan prezidenti nəvələri ilə parkı gəzdi – velosiped sürdülər VİDEO
 
            Bu haqda informasiyanı prezidentin mətbuat xidməti yayıb
Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Balkan vilayətində səfəri zamanı öz nəvələri ilə bu ilin iyun ayında istifadəyə verilən “Avaza” milli turist kompleksində Akvaparkın ərazisinə gəlib.
AzNews.az Orta Asiya Xəbər Xidmətinə istinadən xəbər verir ki, bu haqda informasiyanı prezidentin mətbuat xidməti yayıb.
Mənbə bildirir ki, kompleksdə oynayan uşaqlara prezidentin nəvələri də qoşulub. Xatirə şəkli çəkdirdikdən sonra Berdıməhəmmədov nəvəsi Kərimqulu ilə dəniz kurortuna gələrək orada yaradılan şəraitlə tanış olub.
Prezident “Tolkun” yaxt klubunda nəvələri ilə birgə velosiped sürüb.
Babək Göyüş
AzNews.az
 
                 
                             
                             
                             
                             
                             
                            