2019-cu ilin əvvəlində Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək 2019-cu ilin əvvəlində Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək

Qazaxlar Nazarbayevin yenidən seçiləcəyini - ABŞ mediası isə seçilməyəcəyini deyir

2019-cu ilin əvvəlində Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək

Xəbər verildiyi kimi 2019-cu ilin əvvəlində Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yerli analitiklər hesab edir ki, Nursultan Nazarbayev yenidən prezident kreslosuna oturacaq. ABŞ-ın "Diplomat" nəşri isə qazaxıstanlı milyarder Timur Kulibayevin prezident olacağı proqnozunu verir.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, Qazaxıstanın Telegram telekanalına müsahibə verən hakimiyyətin işi üzrə mütəxəssis Yerbol Yedilov Nazarbayeyin yenidən öz vəzifəsində qalacağını deyib.

Siyasətçi Kazbek Beysebayev isə özünün Facebook səhifəsində Nazarbayevin yenə də ölkə başçısı olacağını bu dəlillərlə izah edib:

"Nazarbayev ilin sonunadək əhali üçün elektrik energisinin tariflərinin aşağı salınması haqda göstəriş verib. Bu isə əmək haqqının qaldırılmasına və qiymətlərin düşməsinə gətirib çıxaracaq. Bütün bunlar növbədənkənar seçkilərə dəstək nümayişidir".

ABŞ-ın "Diplomat" nəşri isə oktyabr ayının sonlarında Nazarbayevin yerinə kimlərin gətiriləcəyi haqda mülahizələrini dərc edib. Məqalədə deyilir ki, Senatın spikeri Kasım-Jomart Tokayev, Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kərim Məsimov, senator, hazırkı prezidentin qızı Dariqa Nazarbayeva, Qazaxıstanın Rusiyadakı səfiri İmanqali Tasmaqambetov və "Kazenerji" Assosiasiyasının başçısı Timur Kulibayev prezident seçilə bilərlər.

Ancaq mənbə daha çox Timur Kulibayevin prezident seçiləcəyini önə çıxarıb: "Kulibayev rəsmən milyarderdir. Milli Bankın sədri olan Timur Forbes jurnalında Qazaxıstanın ən varlı insanları siyahısına daxil edilib.

Beləliklə, yerli siyasətçilər Nazarbayevin, ABŞ mediası isə Kulibayevin prezident seçiləcəyi anonsunu veriblər.

Babək Göyüş

AzNews.az