Tanınmış teleaparıcı vəfat etdi - Türkiyədə

34 yaşlı jurnalist doğulduğu Surxandarinsk vilayətində dəfn olunacaq

Özbəkistanın tanınmış teleaparıcısı Bobur Komilov uzun sürən xəstəlikdən sonra Türkiyədə dünyasını dəyişib.

AzNews.az Orta Asiya Xəbər Xidmətinə istinadən xəbər verir ki, o, yenidən müalicə almaq üçün bir neçə gün öncə Türkiyəyə gedib, ancaq həkimlər onun həyatını xilas edə bilməyiblər.

Bobur son illər BMT-nin Özbəkistandakı informasiya ofisinin başçısı vəzifəsində çalışıb.

34 yaşlı jurnalist doğulduğu Surxandarinsk vilayətində dəfn olunacaq.

Qeyd edək ki, Londonda beynəlxalq jurnalistika üzrə magistraturanı bitirən Komilov "Yeşlər" telekanalının "Davr" xəbər proqramında, "Uzbekistan Today" qəzetində və radioda aparıcı vəzifələrində işləyib.

Babək Göyüş

AzNews.az