Aparıcının 11 yaşlı qızı intihar etdi - "Səni çox sevirəm, bağışla məni"

Səbəbi hələ də bilinmir

Aparıcının 11 yaşlı qız intihar edib.

Xarici mətbuat xəbər verir ki, qızın cəsədini polislər çay kənarından tapıblar.

İngiltərənin Yorkşir qraflığında yaşayan Ursula Keogh adlı qız özünü körpüdən ataraq öldürüb.

İngiltərənin tanınmış yazarı və aparıcısı Nicola Harlow-un qızı canına qəsd etməzdən əvvəl ona mesaj göndərib. Qız mesajda "səni çox sevirəm, bağışla məni" yazıb.

Qızın intiharı ilə bağlı aparılan araşdırmalar nəticəsində məlum olub ki, o, özünü öldürməzdən əvvəl Instagram-da intiharla bağlı paylaşımları izləyib.

Ursula intihardan əvvəl rəfiqəsinə zərf verib və bunu saat 6-ya qədər açma deyə tənbehləyib.

Qızın intihar səbəbi hələ də bilinmir. (milli.az)

AzNews.az