80 mindən çox yəmənli uşaq acından ölüb! - Şok fakt

Uşaqlar ailələrinin gözü qarşısında əriyir, onlar isə heç nə edə bilmirlər”

Yəməndəki vətəndaş müharibəsində 5 yaşına çatmamış 80 mindən çox uşaq ölüb.

AzNews.az “Reuters”ə istinadən xəbər verir ki, “Uşaqları Xilas edin” (Save the Children) vəqfinin məlumatlarına görə, Yəməndə 2015-ci ilin aprel ayı ilə 2018-ci ilin sentyabr ayları arasında 84 min 700 uşaq aclıqdan ölmüş ola bilər.

Vəqf, qarşısı alınmasa, hər il uşaqların 20-30%-nin aclıqdan öləcəyini bildirib. Vəqfin Yəmən direktoru Tamer Kirolos, bunların qarşısını almağın mümkün olduğunu deyib. Hudeydə 150 min uşağın həyatının risk altında olduğunu bildirən Kirolos, “Uşaqlar ailələrinin gözlərinin qabağında əriyir, amma onlar bunun üçün heç nə edə bilmirlər”, - deyə bildirib.

BMT-yə görə, dünyanın ən dəhşətli insani böhranının yaşandığı Yəməndə, 14 milyon adam qıtlıq riski ilə qarşı-qarşıyadır.

Pərvanə AĞAZADƏ
AzNews.az