- Dünyanın halı
- 24 Noyabr 2018 15:26
- 1 667
Hərbi helikopter sərt eniş etdi, ölən və yaralanan var

Əfqanıstan Hərbi Hava Qüvvələrinə məxsus helikopter sərt eniş edib.
“RİA Novosti” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin sözçüsü Qafur Əhməd Cavidi məlumat verib.
Məruf əyalətində baş verən hadisə nəticəsində 2 nəfər ölüb, 2 nəfər də xəsarət alıb. Hadisəyə səbəb kimi texniki nasazlıq göstərilib.
Əyalət polisinin başçısı Tadin Xan helikopterdə 20 hərbçinin olduğunu bildirib.
AzNews.az