Bu haqda informasiyanı “Kerç FM” yayıb. Bu haqda informasiyanı “Kerç FM” yayıb.

Ələ keçirilən Ukrayna gəmilərinin görüntüləri yayıldı

Bu haqda informasiyanı “Kerç FM” yayıb.

Rusiya sərhədçiləri tərəfindən ələ keçirilən Ukrayna gəmiləri buksirlə Kerç şəhərinin mərkəzindəki limana gətirilib.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda informasiyanı “Kerç FM” yayıb.

Qeyd edək ki, dünən Kerç boğazında üzən Ukrayna gəmiləri rus sərhədçiləri tərəfindən ələ keçirilib. Əməliyyat zamanı 6 Ukrayna hərbçisi yaralanıb.

Həmin hadisədən bir az sonra Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası ölkə ərazisində 60 gün müddətinə hərbi vəziyyət elan edilməsi haqda qərar verib. Bu təklif prezident Petr Poroşenko tərəfindən dəstəklənib.

Ali Radanın sədri Andrey Polubiy isə bu gün axşam saatlarında parlamentin növbədənkənar iclasının keçiriləcəyi anonsunu verib.

Babək Göyüş

© AzNews.az