"Gecə Putunlə telefonla danışmaq üçün sifariş verdim" "Gecə Putunlə telefonla danışmaq üçün sifariş verdim"

Putin Poroşenkonun telefonuna niyə cavab verməyib?

"Gecə Putunlə telefonla danışmaq üçün sifariş verdim"

Xəbər verildiyi kimi noyabrın 25-də Azov dənizində Ukraynanın 3 gəmisi Rusiyanın xüsusi təyinatlı dəstələri tərəfindən atəşə tutulub. Nəticədə 6 Ukrayna hərbçisi yaralanıb. Hazırda hər üç gəmi və gəmilərin göyərtəsində olan bütün dənizçilər Krımda əsirlikdədir. Dünən günorta vaxtlarında isə həmin dənizçilərin yarısı məhkəməyə çıxarılaraq həbs edilib.

Mediada yayımlanan məlumata görə olay gecəsi Ukrayna prezidenti Petr Poroşenkonun Rusiya prezidenti Vladimir Putinlə danışmaq cəhdi baş tutmayıb.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, Poroşenko o gecəni belə xatırlayıb:

"Gecə Putunlə telefonla danışmaq üçün sifariş verdim. Ancaq Moskvadan heç bir cavab almadım, məcbur olub Almaniya kansleri Angela Merkelə dedim ki, Putinlə danışsın, qoy ələ keçirilən gəmilər və dənizçilər geri qaytarılsın. Biz öz vətəndaşlarımızın arxasında durmalıyıq".

Rəsmi Kreml isə bu informasiyanı belə izah edib. Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib ki, Kerç boğazındakı insidentdən sonra Putinlə Poroşenko arasında telefon danışığı olmayıb.

Babək Göyüş

© AzNews.az

image description