Seuldan KXDR-ə son 10 ildən çox müddətdə ilk dəfə qatar yola düşüb. Seuldan KXDR-ə son 10 ildən çox müddətdə ilk dəfə qatar yola düşüb.

Seuldan KXDR-ə son 10 ildə ilk dəfə qatar getdi

Seuldan KXDR-ə son 10 ildən çox müddətdə ilk dəfə qatar yola düşüb.

Məqsəd qatarda olan Cənubi Koreya rəsmilərinin və ekspertlərin Çin ilə sərhəddə yerləşən Sinıycu şəhərinə qədər dəmir yolu xəttinin vəziyyətini yoxlamaqdır.

Altı vaqondan ibarət "birlik qatarı"ndakı səfərdə milli birləşmə işləri naziri Ço Myon Qyun, torpaq və nəqliyyat naziri Kim Hyon Mi, eləcə də siyasi partiyaların nümayəndələri, deputatlar iştirak edirlər. Vaqonlarda ofis, yataq yerləri, eləcə də avadanlıq və elektrik generatorları var.

Qeyd olunur ki, səfər 18 gün çəkəcək və bu müddətdə Koreya yarımadasının iki dövləti arasında əlaqənin yaradılması üçün modernizasiya tələb olunan yerləri müəyyənləşdirmək üçün KXDR-in dəmir yolu xəttinin 1200 km-lik hissəsinə baxış keçiriləcək.

Xatırladaq ki, sonuncu dəfə Cənubdan Şimala qatarla belə səfər 2007-ci ilin dekabrında, Seulun KXDR-ə qarşı "günəş istiliyi" siyasəti yürütdüyü, cənubluların dəmir yolu xətti ilə Şimali Koreyaya yük göndərtə bildiyi zaman baş tutmuşdu.

Ümumiyyətlə, Koreya yarımadasında dəmir yollarının birləşməsinə dair razılaşma bu ilin sentyabr ayında Pxenyanda keçirilən Şimal və Cənub sammitində əldə edilib.(report.az)

© AzNews.az