Rusiya prezidenti bu gün G20-nin iclasına qatılacaq. Rusiya prezidenti bu gün G20-nin iclasına qatılacaq.

Putin Buenos-Ayresə çatdı - Yeni rus limuzini ilə görüşə getdi

Rusiya prezidenti bu gün G20-nin iclasına qatılacaq.

Rusiya prezidenti Vladimir Putin Argentinanın paytaxtı Buenos-Ayres şəhərinə çatıb.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, Putin aeroportda təyyarənin trapının qarşısında onun üçün öncədən gətirilən milli “Aurus” limuzini ilə şəhərə yollanıb.

Putinin ilk görüşü Braziliya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının liderləri ilə olacaq. Günün sonunda isə o, G20-nin iclasına qatılacaq.

Rusiya prezidenti səfəri çərçivəsində Argentina prezidenti Maurisio Makri, Çin lideri Si Çzinpin, Fransa prezidenti Emmanuel Makron və digər rəsmilərlə görüşəcək.

Qeyd edək ki, Putinin Trampla görüşü ikincinin imtinasından sonra ləğv edilib.

Babək Göyüş

© AzNews.az