"Ukraynanın məhkəmə və antikorrupsiya islahatları hələ kamillikdən uzaqdır" "Ukraynanın məhkəmə və antikorrupsiya islahatları hələ kamillikdən uzaqdır"

Məhkəmə azərbaycanlı məmuru işinə bərpa etdi - ABŞ buna etiraz etdi

"Ukraynanın məhkəmə və antikorrupsiya islahatları hələ kamillikdən uzaqdır"

Xəbər verildiyi kimi, Kiyevin Dairə Administartiv Məhkəməsi əslən azərbaycanlı olan Roman Nəsirovu Dövlət Fiskal Xidmətinin sədri vəzifəsinə bərpa edib. Ukrayna Nazirlər Kabineti isə məhkəmənin bərpa qərarından şikayət etmək fikrindədir. ABŞ-ın Ukraynadakı səfirliyi də bu olaya münasibət bildirib.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, səfirliyin Facebook səhifəsində yazılıb ki, Ukrayna xalqı öz vəzifələrindən sui-istifadə etməyən dövlət məmurlarının xidmətlərinə layiqdirlər.

"Nəsirovun dünən öz işinə bərpa edilməsi ilə bağlı bildiririk ki, Ukraynanın məhkəmə və antikorrupsiya islahatları hələ kamillikdən uzaqdır. Biz əvvəllər də olduğu kimi bu gün də cəmiyyətin bütün səviyyələrində Ukrayna xalqının antikorrupsiya ilə apardığı mübarizədə tərəfdaşlığımıza sadiqik". Səfirlik belə deyib.

Babək Göyüş

© AzNews.az