Pakistanda hərbi təhsil mərkəzinə hücum edilib. Pakistanda hərbi təhsil mərkəzinə hücum edilib.

Pakistanda hərbi təhsil mərkəzinə hücum edilib, ölənlər var

Pakistanda hərbi təhsil mərkəzinə hücum edilib.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Pakistan Ordusuna istinadən yayılan xəbərdə bildirilir ki, hadisə Loralai bölgəsində qeydə alınıb. Aralarında kamikadzenin də olduğu 4 terrorçunun hücumu nəticəsində ordunun 4 əsgəri həlak olub.

Təhlükəsizlik qüvvələri terrorçuların hücumunun qarşısını alıb. Əməliyyat zamanı onlardan 3-ü məhv edilib, kamikadze isə özünü partladıb.

Hücum "Pakistan Talibanı" adlandırılan "Tehrik-i-Taliban Pakistan" qruplaşması tərəfindən həyata keçirilib.

Daha əvvəl Pakistan Ali Məhkəməsi FETÖ-nün terrorçu təşkilat kimi tanıyıb.

AzNews.az