"Çin hüququn üstünlüyü ilə idarə olunan ölkədir". "Çin hüququn üstünlüyü ilə idarə olunan ölkədir".

13 Kanada vətəndaşının haqları qorunacaq - Çin

"Çin hüququn üstünlüyü ilə idarə olunan ölkədir".

Çinin ədliyyə nazirinin köməkçisi Liu Cınyü Kanada hökumətinin 13 Kanada vətəndaşının Çində saxlanılması ilə bağlı açıqlamasına cavab verib.

AzNews.az xarici mətbuata istinadla xəbər verir ki, Çin Dövlət Şurasının İnformasiya şöbəsində tərtib olunan mətbuat konfransında ədliyyə nazirinin müavini Liu Cıynü Çin hökumətinin həmin şəxslər haqqında hüquqi tənzimləmələr aparacağını bildirərək "Çin hüququn üstünlüyü ilə idarə olunan ölkədir" deyib.

Ədliyyə nazirinin müavini Liu saxlanılan şəxslərin kimliyi və nə vaxt saxlanıldığı haqda məlumat verməyib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lu Kang da mətbuat konfransında mövzu ilə bağlı "Dəqiq məlumat verməyəcəyini" bildirib.

Nigar CƏFƏR

AzNews.az