"Lakin Livandan Suriyaya qayıdanların əhəmiyyətli dərəcədə çoxalmasını deməzdim". "Lakin Livandan Suriyaya qayıdanların əhəmiyyətli dərəcədə çoxalmasını deməzdim".

BMT Livandakı suriyalı qaçqınların sayını açıqladı

"Lakin Livandan Suriyaya qayıdanların əhəmiyyətli dərəcədə çoxalmasını deməzdim".

Hazırda Livan ərazisində qonşu Suriyadan milyon yarımadək qaçqın yaşayır.

Bunu BMT-nin Livandakı humanitar missiyasının əlaqələndiricisi Filip Lazzarini mətbuat konfransında deyib.

“Bildiyiniz kimi, qaçqınların rəsmi qeydiyyatı 2014-cü ilin sonunda başa çatdırılıb. Belə ki, ölkə ərazisində qaçqınların sayı 950 mindən artıqdır, biz onların həqiqi sayının 1,2-1,3 milyon arasında ehtimal edirik. Hərçənd 1,5 milyon olmasına dair də fikirlər var”, – deyə BMT rəsmisi bildirib və əlavə edib ki, hələlik Suriyaya əhəmiyyətli geri axın nəzərə çarpmır.

“Rəsmi məlumatlara görə, 2018-ci ildə Suriyaya 16-17 min nəfər, əvvəlki il 14 min nəfər dönüb. Lakin Livandan Suriyaya qayıdanların əhəmiyyətli dərəcədə çoxalmasını deməzdim. Hələlik bundan uzağıq” – deyə əlaqələndirici bildirib. (report)

AzNews.az