Qurğu öz yeri barədə siqnal ötürməyi dayandırıb. Qurğu öz yeri barədə siqnal ötürməyi dayandırıb.

Qəzaya uğrayan təyyarənin daha bir qara qutusu üzə çıxdı

Qurğu öz yeri barədə siqnal ötürməyi dayandırıb.

İndoneziyada dalğıclar qəzaya düşən Lion Air laynerinin daha bir qara qutusunu tapıblar.

AzNews.az Jakarta Post-a istinadən xəbər verir ki, bu barədə İndoneziyanın nəqliyyatında təhlükəsizlik üzrə milli şurasının bəyanatında qeyd olunub.

Qurğu öz yeri barədə siqnal ötürməyi dayandırıb. Çünki təyyarə qəzasından sonra batareyanın yükü 73 günə bəs edib.

İndoneziyanın dəniz üzrə nazir-koordinatoru Luxut Pancjaitan faktı təstiq edib.

Lion Air aviaşirkətinə məxsus Boeing 737 Max təyyarəsi ötən il oktyabrın 29-da Cakartadan havaya qalxıb. Uçuşdan 13 dəqiqə sonra isə Qərbi Yava sahillərində dənizə düşüb. Təyyarənin qalıqları dənizin 30-40 metr dərinliklərinə düşüb. Qəzanın səbəbləri hələ də məlum deyil.

Qəzaya düşən təyyarə 2018-ci ilin avqustunda hava şirkəti tərəfindən istismar edilməyə başlanılıb. İndoneziya xilasedicilərinin məlumatına görə, qəzadan sağ çıxan olmayıb. Təyyarənin göyərtəsində 189 şəxs olub. Qara qutudan götürülən məlumatlara görə, pilotlarda təyyarənin hündürlüyü və sürəti barədə səhv göstəricilər olub.

Fəridə Abdulla

AzNews.az