Braziliya faşistin əlindədir - Maduro

Onun cəsarəti, özünəməxsus olan bir fikri yoxdur.

Braziliya prezidenti Jair Bolsonaru müasir dövrün Hitleridir.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu fikirləri Venesuela prezidenti Nikolas Maduro Milli Məclisin təsis yığıncağında səsləndirib.

"Braziliya faşistin əlindədir. Bolsonaru - müasir dövrün Hitleridir. Bu, belədir. Onun cəsarəti, özünəməxsus olan bir fikri yoxdur. O, məzhəbin marionetkasıdır. Braziliya xalqı bu insana qarşı mübarizə aparmalıdır". Maduro belə deyib.

Reuters yazır ki, Braziliya prezidentinin mətbuat xidməti Maduronun açıqlamasına münasibət bildirməyib.

Xatırladaq ki, Bolsonaru ötən il okytabrın 28-də keçirilən prezident seçkilərində qələbə qazanıb və bu il yanvarın 1-dən vəzifəsinə başlayıb. O, Sosial-Liberal Partiyasının parlamentdə nümayəndəsi olub.

Bir müddət öncə Braziliyanın da daxil olduğu Lima Qrupu Maduronun prezident seçkilərində qələbəsini qeyri-qanuni hesab edib və onu prezident vəzifəsindən imtina etməyə çağırıb.

Babək Göyüş

AzNews.az

image description